Hollandiyadadan Avstraliyaya getmək istəyən turist səhvən başqa ölkəyə gedib.Seyyah.az “The Sun” dərgisinə istinadən xəbər verir ki, Amsterdamdan olan turist Milan Schipper Sidney şəhərinə aviabilet alıb. Turist Avstraliyaya uçmaq istəyib. Lakin sonradan bəlli olub ki, həmin şəxs ödənişi “Air Canada” şirkətinə edib.
Gedilməli olan məntəqə isə Avstraliya və Kanadada eyni adda olub. Səhv uçduğunu Milan Schipper təyyarə havada olarkən bilib. Torontoya çatan Milan yenidən Amsterdama qayıdıb. “Air Canada” aviaşirkəti turistə kompensasiya olaraq Amsterdamdan Avstraliyanın Sidney şəhərinə bilet təklif edib.
Xatırladaq ki, 2016-cı ildə “Ryanair” aviaşirkəti sərnişinlərini səhvən İngiltərə əvəzinə İrlandiyaya göndərmişdi.
Mənbə: Turizm.fins