Şəkidən Gürcüstanın Signaxi bölgəsinə tur təşkil olunur. seyyah.az xəbər verir ki, tura Bakıdan da qoşulmaq mümkündür.
Səyahətə 16 aprel saat 07:00-da Şəkidə B. Vahabzadə parkının qarşısında toplaşmaqla başlanılacaq. Saat 09-da Zaqatalada tur iştirakçılarına səhər yeməyi veriləcək. Saat 12-də isə Siqnaxidə ekskursiya olacaq.
Şəki-Siqnaxi turunun qiyməti adambaşına 32 manatdır. Qiymətə nəqliyyat, səhər yeməyi, yolda qəlyanaltı, çay süfrəsi, fotosessiya və bələdçi daxildir. Tur 17:00-da Şəkiyə qayıtmaqla başa çatacaq.
Qeyd edək ki, Bakıdan tura qoşulmaq istəyənlər öncədən gəldikləri halda 10 manat ödəməklə Şəki hostellərində gecələyə bilərlər. Turu “Rüzgar travel” təşkil edir.
Məlumat üçün bildirək ki, Bakıdan Şəkiyə 1.89-5.99 manat ödəməklə qatarla, 6 manat ödəməklə isə avtobusla gedə bilərsiz.