“Türk Hava Yolları” bahar kampaniyasına başlayıb. Şirkətdən verilən məlumata görə, Avropaya 259, Amerikaya 499, Uzaq Şərqə 599 avrodan başlayan qiymətlərlə səyahət etmək fürsətindən yararlana bilərsiz.
Bu kampaniya çərçivəsində biletlərin satış tarixi 4-23 Aprel, səyahət tarixi isə 4-31 Maydır. Kampaniyaya daxil olan şəhərlər bunlardır: Zürix, Brüssel, Vilnus, Vyana, Cenevrə, Münxen, Milan, Praqa, Barselona, Budapeşt, Amsterdam, London, Xarkov, Paris, Varşava, Nitsa, Mançester, Lvov, Roma, Şimali Kipr, Qahirə, Tel-Əviv, Nyu-York, Vaşinqton, Los-Anceles, Boston, Hyuston, San Paulo, İslamabad, Kuala Lumpur, Quanqjou, Seul, Bankok, Sinqapur, Tokio.
Mənbə: fins.az