Bakıda 100-dən artıq brenddən endirimlər- PARK BULVARDA

Xəbərlər 28 Aprel 2014 00:00 1251
Bakıda 100-dən artıq brenddən endirimlər- PARK BULVARDA

Azərbaycanda ilk dəfə olaraq, aprelin 28-dən mayın 4-ə qədər, bir həftə ərzində 100-dən artıq brend müxtəlif endirimlər və aksiyaları təqdim edəcək. Seyyah.-ın məlumatına görə, bununla bağlı olaraq PARK BULVAR əyləncə həftəsinə start verir.

Bayram həftəsinin açılışı PARK BULVAR-ın Lady Day.Az-la birgə təşkilatçılığı ilə bu gün saat-19-00-da keçirilən konsert proqramı ilə olacaq. Tədbirdə Nadir Qafarzadə, Rəşad İlyasov, Natavan Həbibi, Nura Suri, Elmira Ələkbərzadə, Sevda Yahyayeva, Məryam Şabanova, Roza Zərgərli, İlhamə Qasımova, Lətifə Soyuoz kimi ulduzlar konsert proqramında çıxış edəcəklər. Gecənin aparıcısı yerli teleməkanın ən gözəl siması Afaq Gəncəli və onun həmkarı Şəhriyar Əbilov olacaqlar.

OXŞAR XƏBƏRLƏR