Xaricdə təhsili seçənlər arasında Türkiyədə təhsilə üstünlük verənlər də az deyil. Seyyah.az xəbər verir ki, buna bir neçə səbəb var ki, bunlardan biri də dil səddinin olmamasdır. Digər bir səbəb Türkiyənin qonşu ölkə olmasıdır.
Xaricdə təhsil təşkil edən şirkətlərdən birinin meneceri Fuad Hacıyev Türkiyədə xüsusi təqaüdlü təhsilin olmadığı bildirdi. Lakin təqaüdlü təhsili əvəz edən Türkiyə Busları sistemi bakalavr, magistr və doktoronturaya sənədləri qəbul edir. Bu təqaüd sisteminə qoşulan tələbələrlə universitet nümayəndələri fərdi olaraq görüşürlər. Müsbət cavab alan tələbələr 200-350 manat təqaüd almaq və ödənişsiz təhsil almaq imkanları əldə edirlər. Qeyd edək ki, Türkiyə dövlət universitetlərinə qəbul mart ayının əvvəllərindən başlayır və iyun, iyul, avqust aylarını əhatə edir. Məlumat üçün bildirək ki, Türkiyə universitetlərinə qəbul bəzi ixtisaslar istisna olmaqla imtahansızdır. İmtahan hüquq və tibb ixtisaslarını seçən tələbələrə vacib sayılır. Bu zaman YÖS-dən imtahan verilir. Türkiyədə təhsil haqqlarına gəlincə isə ən bahalı ixtisas tibb təhsili sayılır bu zaman tələbələr illik 2000-4500 manat ödəməli olur. Digər ixtisaslarda təhsil haqqı 200-1500 manat arasında dəyişir.