Tranzit uçuş olduğu zaman növbəti uçuşu gözləmək yorucu və darıxdırıcı ola bilər. Ancaq bəzi hava limanları öz sərnişinlərinə tranzit uçuş zamanı pulsuz turlar və əlavə xidmətlər göstərirlər.

Tranzit uçuşun gözləmə vaxtı: 5,5 – 24 saat
Lazım olan sənədlər: Passport, minik talonu, viza (Azərbaycan vətəndaşlarına 96 saata qədər viza tələb olunmur).
Necə istifadə etmək olar: Tranzit zonada yerləşən xüsusi kabinlərin (stend) birində turun başlamağından ən azı 1 saat əvvəl qeydiyyatdan keçmək lazımdır.
09:00-dan 18:30-a dək olan iki turdan birini seçmək olar – Şəhər turu (City Sights Tour) və Qədim Abidələr Turu (Heritage Tour). Daha ətraflı məlumat hava limanın saytından əldə edə bilərsiniz.
Nələri görmək olar: Çin məhəlləsi, “Kiçik Hindistan” məhəlləsi, “Marina Bay Sands” mehmanxanası,”Gardens by the Bay” bağını, ”Esplanade” teatrı

Tranzit uçuşun gözləmə vaxtı: 3 – 24 saat
Lazım olan sənədlər: Passport, minik talonu, viza, 10 USD ödənış
Necə istifadə etmək olar: internet vasitəsilə və ya hava limanında qeydiyyat masasında qeydiyyatdan keçmək lazimdır.
Hər gün 08:00-dan 15:00-dək müddəti 1- 5 saat olan müxtəlif turlar mövcuddur.
Nələri görmək olar: Gyeongbokgung Sarayı, Incheon körpüsü,Shinpo bazarı, Haedong Yonggungsa Məbədi, Namsangol Hanok Kəndi, Gwangmyeong mağarası və s.

Tranzit uçuşun gözləmə vaxtı: 6 – 24 saat
Lazım olan sənədlər: Türk Hava Yollarının sərişrini olmaq, minik talonu, Passport
Necə istifadə etmək olar: Tur üçün yarım saat əvvəl qeydiyyatdan keçmək lazımdır. Qeydiyyat masasını xəritədə tapmaq olar.
08:30-dan 16:00-dək olan müxtəlif turları seçə bilərsiniz.
Nələri görmək olar: Sultan Ahmet Camisi, Topqapı sarayı, Yeddiqüllə qalası,Qalata qülləsi, Sultan Ahmet meydanı, Taksim Meydanı,Dolmabağça, Ayasofya müzeyi və. s

Tranzit uçuşun gözləmə vaxtı: 5 saatdan başlayaraq
Lazım olan sənədlər: Minik talonu, Passport, viza
Necə istifadə etmək olar: Tur üçün qeydiyyatdan keçmək lazımdır. Qeydiyyat turlara 2 saat qalmış açılır və 45 dəqiqə davam edir. Yalnızca canlı növbədə duraraq düşmək olur və cəmi 22 yer oluduğundan mümkün qədər tez gəlmək lazımdır.
Gün ərzində 4 tur olur, ən erkən tur 08:00-da başlayır və ən sonuncu 20:00-da olur. Hər tur 2 saat 45 dəqiqə davam edir.
Nələri görmək olar: İslam İncəsənət muzeyi, “Qətərin İncisi”, “Köhnə Bazar”.

Tranzit uçuşun gözləmə vaxtı: 2 saatdan başlayaraq
Lazım olan sənədlər: Passport, Viza
Necə istifadə etmək olar: Hava limanından məbədə qədər daimi nəqliyyat var buna görədə turlara qeydiyyatsız qoşulmaq olar. Dəqiq vaxtları Terminal 1 və 2 dı Mılumat Mərkıəzindən əldə etmək mümkündür. Həmçinin turları öncədən də bron etmək olar.
Turlar 09:00-dan 19:00 -dək hər 1 saatda başlayır.
Nələri görmək olar: Temple Meydanı və Salt Lake Məbədi
Mənbə: Triponline