Qarşıdan həftəsonu gəlir və siz gərgin iş mühütindən ayrılıb fərqli bir mühütdə xoş vaxt keçirməyi düşünürsüz. Yaz günlərinin ləzzətini doya-doya yaşamaq üçün Seyyah.az sizə yardımçı olacaq.
Turizm şirkətlərinin həftəsonu turları barədə məlumatları təqdim edirik.
Masallı-Yardımlı turu
Yerli turizm şirkəti aprelin 9-da Masallı və Yardımlıya bir günlük tur təşkil edir. Tura nəqliyyat, restoranda səhər yeməyi və çay süfrəsi daxildir. Bundan başqa, foto çəkiliş, tur rəhbər, əyləncəli oyunlar və ekskursiyalar da tura daxildir. Bir günlük gəzintinin qiyməti 23 manatdır.
Bundan başqa Turda.Az turizm şirkətinin təşkil etidyi digər Şəki və Qəbələ turuna da qoşulmaq olar. Turun qiyməti 23 manatdır. Həmçinin, aprelin 9-da şirkət Qubaya da tur təşkil edir. Bu turun qiyməti isə adambaşına 20 manatdır.
Gəncə - Göygöl turu
Tur 8-9 aprel (1gecə/2gün) tarixlərində nəzərdə tutulub. Nəqliyyat xidməti, oteldə gecələmə(Delux 4*) qidalanma (2 dəfə səhər yeməyi, 1dəfə nahar yeməyi, 1dəfə şam yeməyi), çay süfrəsi, fotoçəkiliş, otelin xidmətlərindən istifadə, tur rəhbər daxil olmaqla 1nəfər üçün turun qiyməti 59(2dəfə səhər yeməyi) və 85(4 dəfə qidalanma ) manatdır
Qəbələ turu
Həftəsonu aprelin 9-da daha bir tur Qəbələyə planlaşdırılıb. Tura nəqliyyat, səhər yeməyi, tur rəhbər, fotosessiya, ekskursiya, Tufandağ kanat yolundan istifadə, “Qəbələnd” əyləncə mərkəzinə və Qəbələ Nohurgölə giriş daxildir. Turun qiyməti 21 manatdır.
Qeyd edək ki, turu “Gerso travel” təşkil edir.
Ismayıllı - Lahıc turu
Tur bu həftə sonu aprelin 9-u üçün nəzərdə tutulub. Tura nəqliyyat, səhər yeməyi , tur rəhbər, fotosessiya, ekskursiya və çay süfrəsi daxildir. Turun qiyməti 23 manatdır.
Şəki-Qəbələ turu
Yaz turlarına start verən turizm şirkətlərindən biri də “Atlas travel” şirkətidir. bazar günü baş tutacaq tur Şəki və Qəbələyə istiqamətlənib. Tura nəqliyyat, səhər yeməyi, çay süfrəsi, tur rəhbər və fotosessiya daxildir. Həmçinin, tura qrup halında qatılan 11 nəfərdən 11-ci şəxs pulsuz iştirak etmək hüququ qazanacaq.
Lənkəran –Lerik-Masallı-Yardımlı turu
Ölkə daxili səyahətlərdə bir günlük turlarla yanaşı iki günlük turlar da nəzərdə tutulub. Belə turlardan birini “Yes travel” turizm şirkəti təşkil edir. Adıçəkilən şirkət 8-9 aprel tarixlərində Lənkəran –Lerik-Masallı-Yardımlıya 2 gün 1 gecəlik tur təşkil edir. Tura nəqliyyat, 4 ulduzlu “Lux Lənkəran Hotel”də qonaqlama, qidalanma ( 2 dəfə səhər yeməyi, 1 dəfə nahar yeməyi, 1 dəfə də şam yeməyi) daxildir.
Bundan başqa Lənkəran Qala qapıları, Lənkəran Samovarı , Lənkəran Xan sarayı, Lənkəran Xanbulaq gölü , Lerik - Relax istirahət mərkəzi , Masallı istisu , Yardımlı Təkdam şəlaləsinə ekskursiyalar da tura daxildir. Turun qiyməti 79 manatdır.
Şəki- Qax turu
Tur 8-9 aprel (1gecə/2gün) tarixlərində nəzərdə tutulub. Nəqliyyat xidməti, oteldə gecələmə(İssam otel Şəki 4*) qidalanma (2 dəfə səhər yeməyi, 1dəfə nahar yeməyi, 1dəfə şam yeməyi), çay süfrəsi, fotoçəkiliş, otelin xidmətlərindən istifadə, tur rəhbər daxil olmaqla 1nəfər üçün turun qiyməti 95 manatdır.
Hər həftəsonu nəzərdə turulan turlarımıza qoşulmaq və əlavə məlumat almaq üçün 0556957931 nömrəsi ilə əlaqə saxlaya bilərsiz :)