Azərbaycanda çimərlikdə lifti olan hotel açıldı – QİYMƏTLƏR

Xəbərlər 7 Aprel 2017 00:00 1080
Azərbaycanda çimərlikdə lifti olan hotel açıldı – QİYMƏTLƏR

Aprel ayından etibarən ölkəmizdə daha bir dəbdəbəli  hotel fəaliyyətə başlayıb. Yeni ünvanın adı Bilgah Beach hoteldir.

"Bilgah Beach" hoteli qonaqlarına  dəniz mənzərəli 176 lüks otaq və suitlər təklif edir. Otaq və apartamentlərdən əlavə, hotelin ərazisində üç yataq otağı olan, 14 ikimərtəbəli kotec var. Sahəsi 156 kv.m olan hər bir kotecin şəxsi qarajı, ayrıca həyəti və yuxarı mərtəbədə geniş, açıq eyvanı var.

Hotelin ərazisində Aquapark da fəaliyyət göstərir. Hoteldən Seyyah.az-a verilən məlumata görə aquapark aprelin 15-dən sonra fəaliyyətə başlayacaq və xidmətlərin qiyməti də o zaman bəlli olacaq. Həmçinin hotelin  lüks sinfinə aid çimərliyi də var. Çimərliyin ərazisin də lift var. Belə ki, təpəlikdə yerləşən hoteldən çimərliyə həm piyada, həm də liftlə düşmək olar. Spa xidmətlərdən istifadənin qiyməti  növündən və müddətindən asılı olaraq 30-250 manat arasında dəyişir.

Hoteldə nömrələrin qiymətlərinə gəlincə isə  gecələmə 192 manatdan başlayır.

İki nəfər böyük və bir nəfərdə uşaq üçün hesablanan otaqda 1 nəfərin gecələməsi  192 manatdır. Əlavə 28 manat ödəməklə səhər yeməyi də əldə etmək olar.

Digər 3 nəfərlik otaqda 1 nəfərin gecələməsi 240 manatdır. Bu nömrədə gecələyənlər də səhər yeməyi üçün 28 manat ödəməlidirlər.

İki nəfərlik  otaqda bir nəfərin gecələməsi isə  265 manatdır. Bu nömrə  yarımlüks otaqlar hesab olunur.

Hoteldə tam lüks nömrələrdə bir nəfərin gecələməsi isə  365 manatdır. Bu qiymətə olan nömrələrdə də səhər yeməyi üçün əlavə olaraq 28 manat ödənməlidir.  5 nəfər üçün nəzərdə tutulan  2 yataq otaqlı lüks otaqlarda gecələmə isə  390 manatdır.

 

Qeyd edək ki, hoteldə həftənin günündən və ayın tarixindən asılı olaraq qiymətlər dəyişir. Yuxarıda göstərilən nömrə qiymətləri may ayının əvvəli üçün hesablanıb.

Mənbə: Turizm.fins

OXŞAR XƏBƏRLƏR