Avropa Birliyi bu gündən etibarən Şengen ölkələri vətəndaşlarına nəzarəti gücləndirib. Seyyah.az xəbər verir ki, bu barədə Polşanın sərhəd xidməti məlumat yayıb.
Belə ki, bundan sonra Şengen ölkələrinin vətəndaşları həmin ərazilərə gəldikdə və ya bu ərazidən getdikdə onların həm ölkə daxili, həm də beynəlxalq səviyyədə məlumatları yoxlanılacaq. Əsas məqsəd ölkədən gedən və ölkəyə gələn şəxsin hər hansı bir cinayət işlədib-işlətmədiyini öyrənməkdir.
Dəyişiklik Avropa ərazisində terrordan qorunmaq üçün həyata keçirilir.
Qeyd edək ki, əvvəllər şengen ölkələrinin vətəndaşlarının bu ölkələrə gediş gəlişlərində daha az yoxlanılması kimi üstünlükləri var idi.
Mənbə: Turizm.fins