Kazanova Bakıda Eminin otelində qonaqdır- fotolar

“Bakı...Sevdim Bakını. Dünyanın ən gözəl şəhərlərindən biridir"
Xəbərlər 30 Aprel 2014 00:00 930
Kazanova Bakıda Eminin otelində qonaqdır- fotolar

Rusiyalı müğənni, "Fabrika" qrupunun keçmiş solisti Sati Kazanova növbəti dəfə Azərbaycanda səfərdədir. Bu barədə müğənni özünün instagram səhifəsində məlumat verib.


Yeni klipinin çəkilişi üçün paytaxtımızda qonaq olan Kazanova təəssüratlarını da bölüşüb: “Bakı...Sevdim Bakını. Dünyanın ən gözəl şəhərlərindən biridir. Bakı qonaqpərvərliyi isə elə bu anlayışın etolonudur. Bizə bu səfərdə yardım edən və dəstək verən hər kəsə təşəkkür edirəm. Siz olmasaydınız bu klipi çəkə bilməzdik və əminəm ki əla alınacaq. Xəzər- hələ ki, gözəl və tənha…Və xüsusi minnətdarlığımı Emin Ağalarova və Sea Breeze otelinə bildirirəm”.

"Qafqazinfo"



OXŞAR XƏBƏRLƏR