Azərbaycanda daha bir hotel işə başladı – OTAQLAR 2500 MANATA

Xəbərlər 7 Aprel 2017 00:00 1365
Azərbaycanda daha bir hotel işə başladı – OTAQLAR 2500 MANATA

Sumqayıt şəhərində yeni hotel istifadəyə verilib. Sumqayıt Plaza adlanan hoteldə ümumilikdə 88 nömrə var. Hotel 14 mərtəbəli binadan ibarətdir. Mehmanxana  standart, tvin, junior və suit otaqlardan ibarətdir. Hoteldə iki nəfərlik standart otaqda bir nəfərin gecələməsi 90 manatdır. Bu qiymətə səhər yeməyi və spa xidmətlər daxildir.

 

Məlumat üçün bildirək ki, mehmanxanada prezident nömrələri də var. Belə nömrədə qonaqlamaq isə 2500 manatdır. Seyyah.az-a verilən məlumata görə Novruz bayramında hoteldə bütün nömrələr tutulub. O da bildirildi ki, bu ilin martın 18-dən fəaliyyətə  başlayan hoteldə  bu günə kimi  ən çox qonaqlar qonşu İrandan olub.

Mənbə: Turizm.fins

OXŞAR XƏBƏRLƏR