Bakıda Britaniya film festivalı keçiriləcək

Xəbərlər 7 Aprel 2017 00:00 406
Bakıda Britaniya film festivalı keçiriləcək

Bakıda “British Film Spring” festivalı keçiriləcək.

 

“British Council”dan Seyyaha-a verilən məlumata görə, tədbir Azərbaycan Böyük Britaniyanın Azərbaycandakı səfirliyi və Nizami Kino Mərkəzi ilə əməkdaşlıq çərçivəsində aprelin 28-dən mayın 4-ə kimi baş tutacaq.

 

Festival çərçivəsində Britaniya kinematoqrafiyasının qadınlar tərəfindən və qadınlar haqqında çəkilmiş altı  film nümayiş olunacaq. Bunlar "Yetkinlik həyatının bacarıqları" (Adult Life Skills), "Mən, Deniel Bleyk" (I, Daniel Blake), "Yan, yan, yan" (Burn, Burn, Burn), "Daşqın" (The Levelling), "Möhtəşəm həyat” (This Beautiful Fantastic) və "Etel və Ernest" (Ethel and Ernest) filmləridir.

 

Festival "Nizami" Kino Mərkəzində keçiriləcək. Biletlərin qiyməti 2 AZN-dir.

OXŞAR XƏBƏRLƏR