Telman İsmayılovun tikdiyi hoteldə maaş – QALMAQALI

Xəbərlər 7 Aprel 2017 00:00 614
Telman İsmayılovun tikdiyi hoteldə maaş – QALMAQALI

2010-cu ildə dünyanın ən lüks oteli seçilən milyard dollarlıq Antalyada yerləşən “Mardan Palace” otelinin işçiləri 3 aydan çoxdur ki, maaş almadıqlarını deyir.

Artıq 15 aprel tarixindən Türkiyədə turizm sezonu başlayır. Turizm mövsümünün  açılışına sayılı günlər qalan bir müddətdə otelin işçiləri maaş almadıqları üçün üsyan edir. İlin bütün mövsümlərində açıq olan Azərbaycan əsilli rusiyalı iş adamı Telman İsmayılov 1,3 milyard dollarlıq otelin maaş ala bilməyən işçilərin vəziyyətinə üsyan edib.

Bundan əvvəl maaşlarını gecikdirilmiş şəkildə aldıqlarını, 2017-ci ilin əvvəlindən bu günə qədər isə heç maaş almadıqlarını deyən işçi heyəti “artıq aprel ayına daxil olmuşuq. Bu ayla birlikdə artıq 3 aydan artıq müddətdir ki, maaş almırıq. Əvvəllər 1300 nəfərə qədər işçimiz var idi. Hazırda oteldə 700 işçi xidmət göstərir. Nə edəcəyimizi bilmirik. Lakin işdən də çıxa bilmirik” deyib.

 

Qeyd edək ki, işçilər bundan əvvəl maaş ala bilmədikləri və ya maaşları gecikdirildiyi üçün tətil etmişdi. Otel məhkəməlik olmuş, borclarından dolayı Xalq Bankına satılmış, daha sonra satışı təxirə salınmışdı. Borclarından dolayı hətta otelin bir müddət elektrik enerjisi də çəkilmiş, 2010-cu ildə isə dünyanın ən lüks oteli adını qazanıb.

Mənbə: A24

OXŞAR XƏBƏRLƏR