“Yeddi gözəl” adlı sərgi olacaq

Xəbərlər 7 Aprel 2017 00:00 810
“Yeddi gözəl” adlı sərgi olacaq

Azərbaycan  Mədəniyyət və Turizm Nazirliyinin və “Xətai” Sənət Mərkəzinin təşkilatçılığı ilə 2017-ci il aprel ayının 11-dən 13-dək Muzey Mərkəzinin Sərgi qalereyasında rəssam Cəlal Ağayevin İslam Həmrəyliyi İlinə həsr olunmuş “Yeddi Gözəl” adlı fərdi yaradıcılıq sərgisi təşkil olunacaq.

Seyyah.az xəbər verir ki, sərginin açılışı cari il aprel ayının 11-də, saat 17:00-da Muzey Mərkəzində (Ünvan: Bakı şəhəri, Neftçilər prospekti 123 A) keçiriləcək.

Sərgidə rəssamın indiyədək heç bir sərgidə nümayiş etdirilməmiş, məhz bu sərgi üçün yaradılan və İslam Həmrəyliyi İlinə həsr olunan 50-dək rəngkarlıq, 10-dan çox qrafika əsəri nümayiş olunacaqdır.

Sərgiyə giriş sərbəstdir.

“Yeddi gözəl” adlı sərgi olacaq

OXŞAR XƏBƏRLƏR