Hotel otağı bron etmək üçün saytların üçdə ikisi qiymətləri yalnış göstərir və bununla istehlakçıların hüquqlarını pozur. Seyyah.az xəbər verir ki, bu haqda bu gün Avropa Komissiyası açıqlama verib.
Hesabat üçün Avropa Komissiyası nümayəndələri 352 bronlaşdırma xidmətini yoxlayıb. Nəticədə məlum olub ki, onlardan üçdə ikisi yalnız ilkin qiymətləri göstərirlər. Həmin saytlar sonradan hotellərin qiymət dəyişikliklərini göstərmirlər. Hər beşinci halda isə reklam təklifləri mövcud deyildi.
Araşdırma zamanı o da məlum olub ki, 4 saytdan biri xüsusi qiymətlə olan otaqların sayı az olduqlarını deməklə istehlakçıları aldadırlar.
Avropa İttifaqı bəyan edib ki, qayda pozuntuları təkrarlanarsa, həmin saytlar məhkəməyə veriləcək.
Mənbə: fins.az