Türkiyədə hava şarı yerə çırpıldı - ÖLƏN VƏ YARALANANLAR VAR

Xəbərlər 9 Aprel 2017 00:00 687
Türkiyədə hava şarı yerə çırpıldı - ÖLƏN VƏ YARALANANLAR VAR

Türkiyənin Kapadokya vilayətində turistləri daşıyan hava şarı elektrik xəttinə çırpılıb.

“Milliyet”in məlumatına görə, hadisə nəticəsində 1 nəfər ölüb, 20 nəfər xəsarət alıb. 

Yaralanan şəxslər təcili tibbi yardım avtmobilləri ilə xəstəxanalara yerləşdiriliblər. 

***

“Tass.ru” xəbər verir ki, qəza nəticəsində həlak olan turist Fransa vətəndaşıdır. 

“Xəsarət alan şəxslər Fransa (2), Kolumbiya (2), Türkiyə (16) vətəndaşlarıdır”, - deyə polisdən bildirilib.

***

"Hürriyet"in yaydığı məlumata görə, qəzada ölən fransalı diplomat imiş. Həmin şəxsin Fransanın İstanbuldakı baş konsulunun müavini Vincent Cavmantat olduğu məlum olub.

 

Mənbə: qafqazinfo.az

OXŞAR XƏBƏRLƏR