AZAL-dan bilet alanda problem yarana bilər - AÇIQLAMA

Xəbərlər 10 Aprel 2017 00:00 1018
AZAL-dan bilet alanda problem yarana bilər - AÇIQLAMA

“Azərbaycan Hava Yolları” QSC (AZAL) öz sərnişinlərinə və veb-saytının istifadəçilərinə xəbərdarlıq edib. Seyyah.az-ın məlumatına görə, xəbərdarlıqda bildirilir ki, “Amadeus” sisteminin yenilənməsi ilə əlaqədar olaraq, bəzi cihazlarda saytdakı informasiyanın təsvirində problemlər yarana bilər.

“Nəticədə aviabiletlərin əldə edilməsi prosesində çətinliklər ilə qarşılaşa bilərsiniz. Bu cür problemlərlə rastlaşan istifadəçilərdən veb-saytın açılışından öncə brauzerin keşini təmizləməyi tövsiyə edirik. Suallarınız yaranarsa, 24 saat çalışan çağrı mərkəzinə müraciət edə bilərsiniz: callcenter@azal.az”,- deyə məlumatda bildirilir.Şirkət müvəqqəti narahatlığa görə üzr istəyir.

Mənbə: virtualaz

OXŞAR XƏBƏRLƏR