AZAL Dubaya biletləri ucuzlaşdırdı – YENİ AKSİYA

Xəbərlər 10 Aprel 2017 00:00 997
AZAL Dubaya biletləri ucuzlaşdırdı – YENİ AKSİYA

"Azərbaycan Hava Yolları" (AZAL) Bakıdan Dubaya uçuşlar üzrə yeni aksiya elan edib.

Şirkətdən seyyah.az-a verilən məlumata görə, Bakı-Dubay-Bakı istiqamətində J2 015/J2 016 reyslərinə aprelin 25-ə kimi aviabilet alarkən aviabiletin qiyməti cəmi 199 avro təşkil edəcək. Qiymətə bütün rüsum və yığımlar daxildir.

Uçuş tarixləri: 15 aprel - 15 may 2017-ci il.

Aviabiletin qiymətinə baqajın (23 kq-a kimi) pulsuz daşınması və soyuq və isti

yeməklərin tam çeşidi daxildir. AZAL-ın Bakıdan Dubaya uçuşları hər gün komfortlu Airbus A320 laynerləri ilə həyata keçirilir.

 

Aviabiletləri şirkətin www.azal.az saytında bronlaşdırmaq, AZAL-ın kassalarında və rəsmi agentliklərində əldə etmək mümkündür.

OXŞAR XƏBƏRLƏR