Turizm Assosiasiyası: Azərbaycanın mehmanxana potensialı 2,5 dəfə artıb

Xəbərlər 30 Aprel 2014 00:00 1077
Turizm Assosiasiyası: Azərbaycanın mehmanxana potensialı 2,5 dəfə artıb

Son 10 il ərzində Azərbaycanın turizm sektoru əsl investisiya "bum"u yaşayıb: mehmanxana potensialı 2,5 dəfədən çox artaraq 520 obyektə çatıb və bu proses davam edir. Bu barədə Azərbaycan Turizm Assosiasiyasının rəhbəri Nahid Bağırov "Rossiyskaya qazeta"ya müsahibəsində deyib.

N.Bağırov bildirib ki, hər ay ən azı üç yeni obyekt - hotel, pansionat, sanatoriya istismara verilir. Bu potensial artıqlaması ilə daxili tələbatı ödəyir: "Eyni zamanda, postsovet ölkələrindən və uzaq xaricdən istirahət edənlərin axınının illik artım perspektivini əsas götürsək, onda nəinki hotel tutumunu artırmaq, həm də onun strukturunu keyfiyyətcə dəyişmək tələb olunur".

Onun sözlərinə görə, söhbət ölkədə üç-dörd ulduzlu mehmanxanaların çatızmazlığından, orta təbəqənin nümayəndələrinin yaşaması üçün nəzərdə tutulan xidmətin səviyyəsi və dəyərindən gedir: "Sonuncuların ümumi turist axınında payı 70 faizə çatır. Məsələn, büdcə seqmentində olduqca sıx rəqabətin olduğu Avropanın özündə üç-dörd ulduzlu mehmanxanalarda yaşamaq gündə 50-70 avroya başa gəlir".

Assosiasiya rəhbəri qeyd edib ki, bu yaxınlaradək ancaq bir neçə birinci dərəcəli beşulduzlu mehmanxananın olduğu Bakının mehmanxana sektorunda rəqabət amilinin effektivliyini pozitiv dəyişikliklərin nümunəsində təsvir etmək olar: "Müvafiq olaraq, həmin mehmanxanalarda qalmaq üçün qiymətlər də son dərəcə yüksək idi. Bu, orta hesabla sutkada 300 avrodan başlayırdı. Dünyanın məşhur hotel brendlərinin paytaxta cəlb edilməsi və 2011-2013-cü illərdə 8 lüks hotelin tikintisi vəziyyəti kökündən dəyişdirdi".

Onun sözlərinə görə, paytaxtın beşulduzlu hotellərində qalmaq üçün qiymətin ikiqat azaldılmasından sonra bu gün qiymətlər 120-150 avrodan başlayır ki, bu da ümumilikdə dünya trendlərinə uyğun gəlir.

 

OXŞAR XƏBƏRLƏR