Sinqapur təyyarəsi Bakıda məcburi eniş edib

"Singapore Airlines" aviaşirkətinin "Airbus-380" sərnişin təyyarəsi Bakı şəhərinin hava limanında məcburi eniş edib.
Xəbərlər 6 Yanvar 2014 00:00 1865
Sinqapur təyyarəsi Bakıda məcburi eniş edib
"Singapore Airlines" aviaşirkətinin "Airbus-380" sərnişin təyyarəsi Bakı şəhərinin hava limanında məcburi eniş edib. Seyyah.az-ın məlumatına görə, aviaşirkətin sosial şəbəkələrdə yaydığı rəsmi xəbərə görə, məcburi eniş yerli vaxtla saat 01:03 həyata keçirilib və təyyarə kabinəsinin hermetizasiyasının açılması ilə bağlı olub. Hadisə nəticəsində xəsarət alan olmayıb.


Təyyarənin göyərtəsində 467 sərnişin və 27 heyət üzvü olub. Sinqapur aviaşirkəti yerli hakimiyyət orqanlarından sərnişinlərin müvəqqəti olaraq otellərdə yerləşdirilməsini xahiş edib. Tezliklə Sinqapurdan yeni təyyarənin göndəriləcəyi gözlənilir.

OXŞAR XƏBƏRLƏR