Ən xoşbəxt və bədbəxt ölkələrin siyahısı – AÇIQLANDI

Xəbərlər 11 Aprel 2017 00:00 471
Ən xoşbəxt və bədbəxt ölkələrin siyahısı – AÇIQLANDI

Avropa xoşbəxt, Afrika isə bədbəxtdir

Dünyanın ən xoşbəxt və bədbəxt ölkələrinin adları açıqlanıb. 2017-ci il Dünya Xoşbəxtlik hesabatını BMT-nin 2012-ci ildə həyata keçirilən Davamlı İnkişaf Məqsədləri fondu hazırlayıb. Siyahı 2012-ci ildən bu yana hər il hazırlanır. Əslində siyahıda ötən illərlə müqayisədə ciddi dəyişiklik yoxdur. Avropa daha xoşbəst, aclıq, yoxsulluq və savaşın olduğu Afrika, Asiya isə daha bədbəxdir.

Siyahıdakı ən xoşbəxt ölkə Norveç olub. O, ən yaxın qonşusu olan Danimarkanı qabaqlayıb. Ümumiyyətlə Şimali Avropa ölkələri ən xoşbəxtlər siyahısına düşə biliblər.

Ən bədbəxt ölkələr siyahısında yer alanlar isə əsasən Afrika və Asiya dövlətləridir. Bu siyahıda 50 ölkənin adı var. İlk üçlükdə Mərkəzi Afrika Respublikası, Burundi, Tanzaniyadır. Növbəti pillələrdə isə Suriya, Əfqanıstan, Ruanda, Yəmən, Haiti və s. ölkələr qərarlaşıb.

Azərbaycanın qonşularının da adı bu siyahıdadır. Belə ki, Ermənistan 35-ci, Gürcüstan isə 31-ci yerdədir.

Hesabatda vətəndaşların rifahı, ictimai təhlükəsizliyi və bərabərliyi üçün çağırış edilir. Siyahı hər il "Gallup"un keçirdiyi sorğular əsasında hazırlanır. Burada insanların həyatlarını 10 ballıq şkala ilə qiymətləndirmələri istənilir. Hesabatda ən azı altı təməl şərt nəzərə alınır - adambaşına düşən gəlir, sosial dəstək, səhiyyənin səviyyəsi, azadlıq, xeyriyyəçilik və korrupsiyanın olmaması.

Mənbə: İstipress

OXŞAR XƏBƏRLƏR