Qəbələdə kənd evlərinin – QİYMƏTLƏRİ

Xəbərlər 11 Aprel 2017 00:00 671
Qəbələdə kənd evlərinin – QİYMƏTLƏRİ

Azərbaycanın mülayim iqlimi turistləri bölgələrə cəlb edir. Xüsusilə yaz və yay mövsümündə bir neçə istiqamətdə turist axını müşahidə edilir.

Bunu nəzərə alaraq Seyyah.az bu dəfə Qəbələdə yerləşən kənd evlərinin qiymətlərini təqdim edir. Qəbələ Turizm İnformasiya Mərkəzindən verilən məlumata görə, bu rayonda evlər, əsasən, Vəndam, Nohurqışlaq, Zərağan və Həmzənli kəndlərində yerləşir.

Kənd evləri daha çox 1 mərtəbəli olur. Bəzi evlər bütövlükdə icarəyə verildiyi halda, bəzilərinin sadəcə otaqları turistlərə təklif olunur. Kənd evləri əsasən, 2-3 otaqlı olurlar.

Yerli sakinlərə məxsus evlərin tam şəkildə kirayələnməsi günə 30-120 manat arasında dəyişir. Qeyd edək ki, bu qiymətə səhər yeməyi daxil deyil. Evlərin qiyməti isə şəraitindən asılıdır. Kənd evləri əsasən, 4-5 nəfər üçün nəzərdə tutulur.

Qəbələdə kəndlərdə yalnız bir otağın kirayələnməsi 10 manata başa gəlir. Evlərdə bir otaqda iki nəfər qala bilər. Bu zaman ödəniş adambaşına edilir.

Qeyd edək ki, Qəbələdə kənd evləri qonaqları may ayının sonlarından sentyabrın ortalarına kimi qəbul edirlər. Qış mövsümündə əksər kənd evləri qonaq qəbul etmirlər. Buna səbəb istilik sistemlərinin xərcinin çox baha olmasıdır.

Mənbə: Turizm.fins

Eləcə də bax, Kənd evi-227-Qəbələ şəhəri

 
OXŞAR XƏBƏRLƏR