Misirdə istirahət – QİYMƏTLƏR

Xəbərlər 11 Aprel 2017 00:00 651
Misirdə istirahət – QİYMƏTLƏR

İstirahət mövsümü yaxınlaşdıqca insanlar maraqlı və gəzilməsi rahat olan məkan axtarışına çıxırlar. Turistləri maraqlandıran istiqamətlərdən biri də Misirdir.

Nəinki azərbaycanlı turistlərin həmçinin əcnəbilərin də Misirdə baş çəkdiyi istirahət mərkəzlərindən ən məhşuru Şarm-Əş-Şeyxdir. Ümumilikdə Şarm-Əş-Şeyx bir neçə rayona bölünür. Bunlar Naama Bey,  Şarm-Əl-Maya, Şarks-Bey,  Nabk  və Ras-Ümm-al-Sid-dir.

Həmçinin, Şəm-Əl-Şeyx çimərliyi də məşhurdur. Belə ki, adıçəkilən ərazinin dəniz florası xüsusi diqqət çəkəndir.

Məlumat üçün bildirək ki, ümumilikdə Şarm-Əş-Şeyxdə 200-dən çox hotel var. Bunların əksəriyyəti 4-5 ulduzlu mehmanxanalardır. Adıçəkilən istirahət mərkəzində istirahət qiymətlərinə gəlincə, bu rəqəmlər tarixlərdən asılı olaraq dəyişir.

Turda.Az turizm şirkətindən verilən məlumata görə, may ayında Misirə tur sifarişi bir nəfər üçün 759 dollar təşkil edir. Qiymətə aviabilet, 3 gecə 4 gün 4 ulduzlu hoteldə qonaqlama, səhər yeməyi, hovuz və çimərlikdən istifadə daxildir.

Mənbə: Turizm.fins

OXŞAR XƏBƏRLƏR