Qonşu İranda turistlərin diqqətini cəlb edəcək maraqlı məkanlar var. Seyyah.az bu ölkədə gəzib görməli 6 kənd haqqında məlumatları təqdim edir.
Çurat
Çurat kəndi Mazandaran əyalətində Sarı və Kiasar şəhərlərinin yaxınlığında yerləşir. Kənd hər tərəfdən meşəliklə əhatə olunub və dağın ətəyində yerləşir. Kənd Çurat gölünə yaxın ərazidə yerləşir. Gölün 20-ci əsrdə zəlzələdən sonra yarandığı bildirilir.
Göl turistlərin ən çox baş çəkdiyi ərazilərdəndir. Buraya əsasən, yaz, yay və payızda gəlmək məqsədəuyğun hesab olunur. Çünki qışda bu gölün ərazisinə yaxınlaşmaq çətin olur.
Ziyarət

Ziyarət kəndi Gülüstan əyalətində Qorqan şəhərinə yaxın ərazidə yerləşir. Bu kənd ərazisinə, əsasən, isti yay günlərindən təngə gələnlər səfər edir. Belə ki, kəndin yerləşdiyi ərazi çox soyuqdur. İlin əksər fəsillərində bu ərazilərdə soyuq quru hava müşahidə olunur. Həmçinin, kəndin ərazisində 15 metr hündürlüyü olan bir neçə şəlalə var.
Palanqan

Palanqan kəndi Kürdüstan əyalətində Kamyaran şəhəri yaxınlığında yerləşir. Bu kənddə evlər dağın ətəyində bir-birinə çıx yaxın tikilib. Hətta bəzi evlərin damı digər evlər üçün həyət ərazisi rolunu oynayır. Kənd əhalisinin əsas məşğuliyyəti balıqçılıqdır.
Xədcic
Xədcic kəndi Sirvan çayı yaxınlığında yerləşir. Kənd ərazisində yerləşən ən vacib məkanlardan biri 6-cı İmamın nəvəsi Səid Abdullanın qəbri yerləşir. Kənddən bir qədər aralıda Kürdüstan əyalətinin ən böyük bulağı sayılan Baala yerləşir.İranlılar bu bulağın çayını dünyanın ən təmiz sularından biri hesab edirlər.
Mahunik

Cənub Xorasanda yerləşən kənd İranın Əfqanıstanla sərhəddində yerləşir. Kəndin ərazisində çox balaca boylu insanlar üçün evlər var. Bu evlərin qədimdə tikildiyi bildirilir. Bu yaşayış məntəqələrinə giriş qapısının hündürlüyü 1 metrdir. Buna səbəb vaxtıylə bu ərazilərdə yaşayan insanların balaca boy olmasıdır.
Muasir Mahunik kəndinin sakinləri əcdadları kimi balaca olmasalar da adıçəkilən ərazidə gəzəndə balaca boy insanları az sayda da olsa görmək olur.
Uştabin

Uştabin kəndi cənubi Azərbaycan ərazisində Təbriz şəhərinin yaxınlığında yerləşir. Kənd Səfəvilər və Qacarların dövründə salınıb. Kənddə evlər xüsusi diqqət çəkir. Xüsusi formada tikilən evlərin qəribə pəncərələri və qapıları var. Qədim zamanlarda bu ərazilərdə yaşayan insanlar ipəkçiliklə məşğul olublar.
Mənbə: Turizm.fins