Daha bir magaza sopinq festivalina qosulub - 30% ENDİRİM

Xəbərlər 12 Aprel 2017 00:00 967
Daha bir magaza sopinq festivalina qosulub - 30% ENDİRİM

“Soliton” mağazalar şəbəkəsi də Bakı Şopinq Festivalına qoşulub. “Soliton”un paytaxtımızda fəaliyyət göstərən 6 mağazası Bakı Şopinq Festivalının iştirakçı statusu alaraq Azərbaycan vətəndaşlarına və şəhərimizin qonaqlarına aprelin 10-dan mayın 10-dək məşhur “Soliton” mağazalarında böyük güzəştlər təqdim edir.

Azərbaycan Konqreslər Bürosundan Seyyah-a bildirilib ki, Bakı Şopinq Festivalının alıcılara təqdim etdiyi endirim aksiyalarına qoşulan “Soliton”da mayın 10-dək bütün alınan mallara 30 faizədək endirimlər təqdim ediləcək, eləcə də ƏDV-ni geri almaq mümkün olacaq.

Bakı Şopinq Festivalı alıcıları “Soliton”un “Baku Shopping Festival – Tax Free” loqosu olan 6 mağazasında alış-veriş etməklə, öz büdcəsinə 40 faizdən çox qənaət etməyə dəvət edir.

Mənbə: Azərtac

OXŞAR XƏBƏRLƏR