Xaricilərin evində nahar etmək şansı yarandı

Xəbərlər 12 Aprel 2017 00:00 542
Xaricilərin evində nahar etmək şansı yarandı

İnternetdə turistlər üçün yeni “VizEat” adlı xidmət yaradılıb. Seyyah.az xəbər verir ki, xidmət turistlərin başqa ölkələrdə tanımadıqları şəxsin evində qonaq olmaq və onlarla birgə yerli mətbəxi dadmaq imkanı verir.

Saytda əcnəbilərə kulinar xidmət göstərən istənilən şəxs qeydiyyatdan keçə bilər. Turistləri öz evlərində qəbul edən şəxs nəinki onlara yemək təqdim etmək, həmçinin turistlərə  yemək bişirilməsi üzrə dərslər keçə və turistləri şəhər gəzintisinə çıxara bilər.

Qeyd edək ki, “VizEat”-də qeydiyyatdan keçmək pulsuzdur. Ev sahibləri xidmət haqqlarını özləri müəyyən edir. Sayt isə yalnız göstərilən məbləğin 20 faizini xidmət haqqı olaraq alır.

İndiyədək adıçəkilən saytda 110 ölkədən 20 min ev sahibi və 110 min  turist qeydiyyatdan keçib.

Artıq xidmətdən “İndependent” dərgisinin  nümayəndələri istifadə edib. Onlar Parisdə Mari adlı xanımın evində qonaq olub, dadlı təamlardan dadıblar. Fransalı xanım jurnalistlərə 3 cür yemək təqdim edib. Yemək jurnalistlərə 59 avroya başa gəlib.

Sayta daxil olaraq qeydiyyatdan keçə və Azərbaycan mətbəxini əcnəbilərə təqdim edə bilərsiz.

 

   https://www.vizeat.com/?c=EUR

Mənbə: Turizm.fins

OXŞAR XƏBƏRLƏR