2017-ci ildə ən təhlükəsiz ölkə adını Finlandiya qazanıb. Seyyah.az xəbər verir ki, Beynəlxalq İqtisadi Forumun ekspertləri belə nəticəyə gəlib.
Skandinaviya ölkəsi 136 dövlət arasında birinci pilləyə qalxıb. 2016-cı ildə başqa bir qurumun araşdırmalarında da Finlandiya ilk pillədə yer almışdı. Təhlükəsiz ölkə adını qazananlardan biri də Birləşmiş Ərəb Əmirliyi olub. Ərəb dövləti siyahının ikinci pilləsində yer alıb.
Üçlüyü İslandiya tamamlayır. İqtisadi Forum ən təhlükəli ölkə adını Kolumbiyaya verib.
Qeyd edək ki, Forum İsveçrənin qeyri-hökumət təşkilatıdır və bu təşkilata bir çox ölkələrdən yüzlərlə təşkilat qoşulub. Bu qurum Davosda təşkil olunan tədbirlə məşhurdur.
Mənbə: Turizm.fins