Avropada turistlərin ən çox baş çəkdiyi ölkələrdən biri də Budapeşt şəhəridir. Macarıstanın paytaxtı öz qədimliyi və tarixi arxitekturası ilə daim diqqət çəkib. Azərbaycanlı turistlərin də ən çox getdiyi məkanlardan olduğunu nəzərə alaraq Turizm fins.az Budapeştə səyahət qiymətlərini təqdim edir.
Macarıstana səfər etməmişdən öncə səfirliyə müraciət edib viza almaq lazımdır. Qeyd edək ki, viza alınması prosesinə səfərdən çox öncə başlamaq lazımdır. Çünki viza verilməsi proseduru bir az vaxt aparır.
Aviabiletlərin qiymətləri
Budapeştə aviabileti AZAL-dan, Türk Hava Yollarından və ya Kutaisidən uçan WizzAir-dən əldə etmək olar.
Bilet qiymətlərinə gəlincə, rəqəmlər aşadıdakı kimi dəyişir.
30 iyun - 7 iyul gediş-gəliş AZAL - 740 manat (409 avro)
30 iyun - 7 iyul gediş-gəliş THY - 872 manat (482 avro)
WizzAir – 467 manat gediş-gəliş (258 avro)
Budapeşt hotelləri
Şəhər mərkəzindən bir qədər aralıda yerləşən “Vitta Hotel Superior Budapest” 3 ulduzludur. Standart otaqda 1 nəfərin qonaqlaması 74 manatdır (40 avro). Qiymətə səhər yeməyi də daxildir.
Şəhər mərkəzində yerləşən digər 3 ulduzlu hotel “City Hotel Unio”da qonaqlama isə 83 manatdır (45 avro). Mehmanxanada səhər yeməyi üçün əlavə 9 manat (4 avro) ödəmək lazım olacaq.
Şəhərin mərkəzi Qrand Bulvar küçəsində yerləşən 5 ulduzlu “Corinthia Hotel Budapest” mehmanxanasında qonaqlama 585 manatdır (333 avro). Səhər yeməyi sifariş etmək üçün əlavə 55 manat (30 avro) ödəmək lazımdır.
Budapeştə mehmanxanalarla yanaşı daha ucuz qiymətə olan hostellərdə var. Hostellərdə təklif olunan şəraitdən asılı olaraq 10-50 manat (5-27 avro) arasında qonaqlamaq olar.
Budapeşt restoranları
Paytaxtda yerləşən münasib qiymətli restoranlardan biri Paprika-dır. Restoranda 4.50 manat (2,48 avro) ödəməklə sup, 13.90 manat (7,69 avro) ödəməklə toyuqdan hazırlanan yeməklərdən dadmaq mümkündür. Salatlar və disert qiymətləri isə 4-5 manatdan (2.70 avro) başlayır.
Mənbə: Turizm.fins