“Ryanair”dən 5 avroya biletlər

Xəbərlər 14 Aprel 2017 00:00 935
“Ryanair”dən 5 avroya biletlər

İrlandiyanın aşağıbüdcəli “Ryanair” Hava Yolları şirkəti növbəti endirim kampaniyası elan edib.

Seyyah.az-ın məlumatına görə, kampaniyada bilet satışı 13-18 aprel tarixlərində baş tutacaq, uçuşlar isə aprelin sonları – mayın əvvəllərində gerçəkləşəcək.

Avropa daxilində elan olunan kampaniyada biletlər 4,99 avrodan başlayır.

Qeyd edək ki, “Ryanair” Hava Yolları şirkətinin rəsmiləri tezliklə Gürcüstandan Avropaya uçuşlara başlayacaqlarını açıqlayıblar.

Endirimli biletlərin siyahısı ilə bu linkdə (https://www.ryanair.com/gb/en/plan-trip/explore/flight-deals-and-sales )tanış ola bilərsiniz.

OXŞAR XƏBƏRLƏR