Sərnişini təyyarədən döyərək endirdilər – VİDEO

Xəbərlər 14 Aprel 2017 00:00 561
Sərnişini təyyarədən döyərək endirdilər – VİDEO

Amerikanın hava yolu şirkəti “United Airlines”də polis işçiləri sərnişini döyərək təyyarədən endiriblər. Buna səbəb “Overbook” – bir biletin bir neçə nəfərə satılması olub. Çikaqoya gedən təyyarədə 4 sərnişin artıq olub. 

Stüardessalar bu sərnişinlərə könüllü olaraq təyyarədən enmələrini və qarşılığında 800 dollar verəcəklərini təklif ediblər. Lakin təyyarədən düşmək istəyən olmayıb. Buna görə də, uçuşun həyata keçməsi üçün 4 sərnişin təyyarədən zorla endirilib.

Tək oturan və həkim olduğu deyilən şəxs təyyarədən düşmək istəməyib. Bu zaman o, təhlükəsizlik işçiləri tərəfindən döyülərək, sürüklənərək təyyarədən endirilib.

Təyyarə Çikaqo-Luisvil reysini həyata keçirirmiş. Baş verən qalmaqal dünya mediasında səs-küy yaradıb. 

Görüntülərdə həkimi zorla təyyarədən çıxarmağa çalışırlar. O isə qışqıraraq onlara müqavimət göstərir. Bu zaman başı oturacağın tininə çırpılan sərnişin huşunu itirib. Onu qollarından tutub sürükləyərək təyyarədən endirirlər.  

Olayla bağlı aviaşirkətin “Twitter” hesabından qısa bir not qeyd edilib:

 

“Artıq rezervasiya üçün üzr istəyirik. Təyyarədən endirilən şərnişin haqda əlavə məlumatı nümayəndəlikdən ala bilərsiniz”

 

Mənbə: Seyahetciblog

OXŞAR XƏBƏRLƏR