Qida ehtiyatınızı tutun
Ən azı öncədən haqqında düşünə biləcəyiniz şey qidadır. Gecə hava limanında təzə burger tapmaq elə də asan iş deyil. Lakin, bəzi aviaşirkətlər ( Emirates, Etihad Airways və s. ) əgər reysi gözləmə vaxtı 4 – 5 saatdan çox olarsa sərnişinlərinə yemək kuponları təqdim edir. Yerdəyişmə talonunu təqdim etməyi unutmayın!
Yatmaq və istirahət üçün yer axtarın
Böyük hava limanlarında bu cür yerlər mütləq vardır. Həmin yerlərdə sizə lazım ola biləcək hər şey mövcuddur: rahat oturacaqlar, Wi-Fi və hətta duş kabinası. Qalacağınız hava limanında bu cür şəraiti olan rahat yerlərin mövcud olub olmamasını sleepinginairports.net saytından yoxlaya bilərsiniz.
Qalacaqyerinizi izləmə kameralarının yaxınlığında seçin.
Əgər qalacağınız hava limanında istirahət zonaları yoxdursa, izləmə kameralarının sizi görə biləcəyi yerlərdə oturub istirahət etmək əşyalarınızın təhlükəsizliyinin və bütövlüyünün zəmanətidir. Nəzərdə saxlayın ki, gəliş terminallarında atmosfer daha sakitdir və orada adam da az olur. Gecələmək üçün orada yer axtara bilərsiniz.
Özünüzlə yataq torbası götürün
Uzaqgörən və mütəşəkkil olan insanlar üçün məsləhət. Əgər siz tək səyahət edirsinizsə, yatmaq üçün başdan – ayağa yataq torbasının içinə girə bilərsiniz. Hətta həmin torbaya çantanızı da qoya bilərsiniz ki, bu zaman onu dəqiq heç kim oğurlaya bilməz. Beləliklə də, daimi olaraq kameraların gördüyü ərazilərdə qalmaq məcburiyyətində də qalmayacaqsınız.
Mənbə: Triponline