Avropa ölkələri ailələrinin xərclərində restoran, kafe və hotellərə çəkilən xərclərə görə reytinqi açıqlanıb.
Məlumata görə, reytinqdə ilk sıranı restoran, kafe və hotellərə çəkilən xərclərin məcmu xərclərdə 1,3%-lə ən çox paya sahib olan İsveçrə və Portuqaliya tutur. İsveçrə adambaşına düşən 58 600 ABŞ dolları milli gəlirlə Avropada 4-cü ölkədir. Portuqaliyada isə adambaşına milli gəlir isə 27 900 ABŞ dolları təşkil edir. Sonrakı yerləri Yunanıstan (9,9%, 26 400 dollar), İspaniya (9,3%, 34 900 dollar) tutur.
Məcmu gəlirlərdə restoran, kafe və hotellərə ən az pul ayıran isə Rumıniya (1,4%, 20 900 dollar), Moldova (1,7%, 5 000 dollar ) və Ukraynar ( 2,4%, 8 000 dollar) əhalisidir.
Azərbaycan bu reytinqdə yer almasa da, analitiklər rəsmi statistik hesabatlar əsasında bu göstəricini hesablayıb. Belə ki, Azərbaycanda əhalinin restoran, kafe və hotel xərclərinin məcmu xərclərdə payı 2015-ci ilin yekununda 8,76% olub. Bu göstərici əsasında Azərbaycan həmin reytinq siyahısında 4-cü sırada qərarlaşa bilər. Əhalinin milli gəliri sıralamasında isə 2015-ci ilin yekununa görə Azərbaycan 5 559 dollarla son sırada olan Moldovadan əvvəlki yeri tuta bilər.
Mənbə: Report