Almaniyada mistika festivalı keçiriləcək

Xəbərlər 14 Aprel 2017 00:00 609
Almaniyada mistika festivalı keçiriləcək

Almaniyanın şimalında Qarç dağlarında hər il olduğu kimi bu il də aprelin 20-dən mayın 1-dək mistika sevərlər üçün festival keçiriləcək. Seyyah.az xəbər verir ki, tədbir halloini xatırladır.

Festivala insanlar müxtəlif mənfi qəhrəmanların geyimlərini geyinərək qatılırlar. Tədbirdə qaniçən adam, sehrbazlar və digər varlıqları görmək olar.

Festival Brokken zirvəsində baş tutacaq. Festivalın keçirildiyi yer dəniz səviyyəsindən 1 141 metr hündürlükdədir. Festivalın əsas atributları musiqi və rəqslərdir. Həmçinin, tədbirdə məşhur rok ifaçıları da dəvət alır.

 

Uşaqlar üçün festivalda ilan və qurbağa formasında çoxlu sayda şirniyyatlar satılır.

Mənbə: Turizm.fins

OXŞAR XƏBƏRLƏR