Bakıda trenajor zallarının qiymətləri – SİYAHI

Xəbərlər 17 Aprel 2017 00:00 31187
Bakıda trenajor zallarının qiymətləri – SİYAHI

Xroniki vaxt qıtlığından əziyyət çəkən ofis işçiləri şəhərin yorğun və gərgin iş rejimini trenajor zallarında davam etdirə bilərlər. Burada həm idman edib əzələləri möhkəmlətmək və bədən quruluşunu təkmilləşdirmək, həm də sadəcə stressi atmaq mümkündür. Bakıda çoxsaylı fitness və trenajor zalları müxtəlif səviyyəli və qiymətli xidmətlər təklif edirlər.  Fins.az Bakının müxtəlif ərazilərindəki trenajor zallarında qiymətləri araşdırıb. Qeyd edək ki, Seyyah.az devalivasiyadan əvvəl 5 ulduzlu hotellərin Fitnes və Spa xidmətlərinin qiymətlərini araşdırmışdı. İndi isə araşdırma həm hotelləri, həm də populyar trenajor zallarını əhatə edir. Araşdırma göstərir ki, devalvasiyaya baxmayaraq qiymətlər o qədər də artmayıb.

3 manatdan başlayan qiymətlər

Beləliklə, Bakıdakı idman mərkəzlərindəki trenajor zallarının giriş qiymətləri 3 manatdan başlayır.  5 ulduzlu hotellərdə isə SPA xidmətləri daha böyük çeşid əhatə edir. Bura fitnes, buxar, türk hamamı (bəzilərində olmaya da bilər), hovuz və sauna. Digər idman mərkəzlərində isə trenajor zalı, duş, bəzilərində aerobika və s. daxildir.

Tbilisi prospektində yerləşən “Qafqaz Baku City Hotel & Residences” hotelində trenajor zalı və Spa saat 07:00-dan 22:00-a qədər fəaliyyət göstərir, nə trenajor zalının, nə də SPA mərkəzinin qadınlar üçün ayrıca zalı yoxdur, ümumi zaldır. Yalnız duş kabinaları olan hissə ayrıdır.

Bakının ən dəbdəbəli tikilisi sayılan «Alov qüllələri»ndə yerləşən “Fairmont Baku at the Flame Towers”də illik abunə olsanız sizə bəzi avantajlar təklif olunur. 6 ədəd bir saatlıq prosedura kartı hədiyyə olunur və 6 əlavə kart da şəxsi məşqçi üçün təklif olunur. İllik abunə üçün digər bir təklif də var, qiyməti 2900 manatdır. Bu paketdə sizə əlavə kartla hədiyyə olunmayacaq, amma digər qiymətlərə daxil olan sauna, buxar daxildir. Həmçinin prosedura və içəcəklər üçün 10% endirim də təqdim olunur.

“JW Marriott Absheron Baku”da Fitnes mərkəzi saat 06:00-dan 22:00-a kimi fəaliyyət göstərir. Həmçinin saat 09:00-dan 17:00-a qədər olan əlavə bir vaxt da var ki, bu vaxtı seçsəniz abunə qiymətlərində müəyyən fərqlər olacaq. Bu saatın aylıq abunəsi 250 manatdır, 3 ayı 750 manat, 6 aylıq 1000 manat, illik isə 1500 manatdır.

Badamdarddakı “Kempinski Hotel Badamdar Baku” hotelində fitnesin qəbul saatları giriş 09:00-dan 18:00-a qədər və ya 09:00-17:00-a qədərdir. İkinci variantda endirimli qiymət qadınlar üçün 125 manatdır, bu təklifə şənbə günləri adi deyil. Kişirlər üçün isə eyni şərtlərlə təklif 175 manatdır. Hovuz və fitnes birlikdə həm qadınlar, həm də kişilər üçün 174 manatdır. Yalnız fitnes və ya hovuz üçün gedirsizsə, birdəfəlik girişin qiyməti qadınlar üçün 30 manat, kişilər üçün 37 manatdır.

Ağ şəhər bulvarının mərkəzi sayılan “Boulevard Hotel” də trenajor zalları səhər saat 6:00-dan saat 11:00-ə kimi çalışır. Burada kişi və qadınlar üçün yalnız saunalar fərqlidir, zal ümumidir.

«Xalqlar Dostluğu» metro stansiyasının yaxınlığındakı “Sərhədçi İdman Kompleksi”ndə də kişi və qadınlar üçün zallar fərqlidir. Kompleks saat 7:00-dan saat 20:00-a qədər fəaliyyətdədir.

«Neftçilər» metrostansiyasından Bakıxanov qəsəbəsinə gedən yolda yerləşən “Start İdman Kompleksi” bazar günləri də qonaq qəbul edir. Zal qadınlar üçün ayrı da var, ümumi də. Saat 07:00-dan 21:00-a qədər gedə bilərsiniz.

AAAF Park “Zirvə Fitness & Spa” mərkəzində qadın saatı 09:00-dan 12:00-a qədərdir, 6 gün fəaliyyət göstərir. 12:00-dan 22:00-a kimi həm qadınlar, həm də kişilər gedə bilərlər. AAAF Parkda yaşayır və ya işləyirsinizsə, aylıq abunə qiyməti 25 manatdır. Tələbəsinizsə, özünüzlə gətirdiyiniz ikinci tələbə yoldaşınız da siz də endirim qazanırsınız, belə ki aylıq abunə haqqı 50 manat yox, ikinizə birlikdə 60 manat ödəyəcəksiniz.

«Metropark»da yerləşən “Limark Fitness Center” 09:00-dan 22:00-a qədər fəaliyyətdədir. Burada kişi və qadın zalları ayrıdır.

Səməd Vurğun küçəsinin sonunda yerləşən “Olimpik Star” saat 09:00-dan 21:30-a qədər açıqdır.

Babək prospekti və Naxçıvani küçəsində yerləşən “Astoria Baku Fitness & SPA” mərkəzlərində həftə içi 08:00-dən 22:00-a qədər fəaliyyət göstərir. Bazar günləri 11:00-dan 20:00-a qədər gedə bilərsiniz. Kişi və qadın zalı ayrıdır.

“Vitr Fitnes”də də qadın və kişi zalı ayrıdır. Həftə içi 10:00-dan 23:00-a qədər, bazar günü 15:00-dan 18:00-a qədər fəaliyyətdədir.

Port Bakudakı “The Club”da kişi və qadın zalları eynidir. Hazırda burada endirim var. Endirimlərə əsasən, illik abunə haqqı 1750 manat, aylıq qiymətlər 288 manat, gündəlik isə 35 manatdır. Amma bu qiymətlər ayın sonanədək qüvvədə olacaq. Ondan sonra isə cədvəldəki qiymətlər qüvvəyə minəcək. Klubun üzvləri üçün idman zalı 24 saat fəaliyyət göstərir. Digərləri üçün isə saat 07:00-dan 11:00-a kimi və 22:00-dan 07:00-a kimi zal açıqdır.

Hotellər

Abunəlik paketləri

Gündəlik qiymətlər

 

“Jumeirah Bilgah Beach Hotel”

Limitsiz

Aylıq – 280 manat

İllik – 2150 manat

Həftə içi – 30 manat

Həftə sonu və bayram günləri – 40 manat

 

“Ramada Hotel & Suites Baku”

Limitsiz

Aylıq – 120 manat

Limitli 12 dəfə - 100 manat

Həftə içi – 15 manat

Həftə sonu və bayram günləri – 20 manat

 

“Qafqaz Baku City Hotel & Residences”

Limitli həftədə 3 dəfə - 75 manat

Həftə içi – 15 manat

Həftə sonu və bayram günləri -15 manat

 

“Qafqaz Point Hotel”

Limitsiz

Aylıq – 100 manat

3 aylıq – 300 manat

6 aylıq- 500 manat

İllik – 900 manat

Həftə içi – 20 manat

 

“Fairmont Baku at the Flame Towers”

Limitsiz

Aylıq – 400 manat

3 aylıq 1050 manat

6 aylıq 1750 manat

İllik – 2900 manat

Həftə içi 45 manat +sauna və buxar

Həftə sonu və bayram günləri – 55 manat

 

“JW Marriott Absheron Baku”

Limitsiz

Aylıq – 350 manat

3 aylıq – 1000 manat

6 aylıq – 1500 manat

İllik – 2500 manat

Həftə içi və sonu – 50 manat

 

Kempinski Hotel Badamdar Baku”

Limitsiz

Aylıq – 250 manat

 

Həftə içi - 40 manat
Həftə sonu və bayram – 50 manat

 

“The Landmark Hotel”

Limitsiz

Aylıq – 270 manat

3aylıq – 750 manat

Həftə içi - 25 manat

Həftə sonu və bayram günləri – 35 manat

 

“Excelsior Hotel & SPA Baku”

Limitsiz Xanımlar üçün

Aylıq – 260 manat

3 aylıq – 750 manat

6 aylıq – 1125 manat

İllik – 1760 manat

 

Bəylər üçün

Aylıq – 350 manat

3 aylıq – 1000 manat

6 aylıq 1500 manat

İllik – 2350 manat

Həftə içi, sonu və bayram günləri – 30 manat

10.

“Hyatt Regency Baku”

Limitsiz

Aylıq – 400 manat

3 aylıq – 1000 manat

6 aylıq – 1600 manat

İllik – 2200 manat

Həftə içi, sonu və bayram günləri – 35 manat

 

“Sheraton Baku Airport”

Limitsiz

Aylıq – 100 manat

İllik - 700 manat

Həftə içi, sonu və bayram günləri – 20 manat

 

“Hilton Baku Hotel”

Aylıq – 400 manat

3 ay – 1000 manat

6 ay – 1400 manat

İllik – 2500 manat

Həftə içi - 35 manat

Həftə sonu və bayram günləri – 50 manat

13.

“Boulevard Hotel”

Limitsiz

6 aylıq – 1500 manat

İllik – 2500 manat

Həftə içi və bayram günləri 40 manat

Bazar günü – 45 manat

 

“Sərhədçi İdman Kompleksi”

Aylıq

Həftədə 3 dəfə

Qadınlar – 30 manat

Kişilər – 50 manat

Qadınlar

Həftə içi – 3 manat

Kişilər

Həftə içi – 5 manat

 

“Start İdman Kompleksi”

Aylıq

Həftədə 3 dəfə - 43 manat

Həftədə iki dəfə 29manat

Həftə içi və sonu, bayram günləri – 5 manat

 

AAAF Park “Zirvə Fitness & Spa” mərkəzi

Aylıq 50 manat

 

 

“Limark Fitness Center”

Aylıq

8 dəfə - 40 manat

11 dəfə - 50 manat

16 dəfə - 60 manat

Hər gün – 70 manat

Həftə içi və sonu – 7 manat

 

“Olimpik Star”

Limitsiz

Aylıq – 80 manat

Həftə içi və sonu – 12 manat

 

“Astoria Baku Fitness & SPA”

Aylıq

8 dəfə - 40 manat

12 dəfə - 60 manat

Limitsiz – 70 manat

 

 

“Vitr Fitnes”

Limitsiz

Hər gün – 70 manat

3 dəfə - 60 manat

 

Həftə içi və sonu – 8 manat

 

Port Baku – “The Club”

Aylıq – 360 manat

İllik – 2500 manat

Həftə içi və sonu – 45 manat

 

 Mənbə: Fins

OXŞAR XƏBƏRLƏR