Cənub bölgəsində kənd evlərinin - QİYMƏTLƏRİ

Xəbərlər 18 Aprel 2017 00:00 774
Cənub bölgəsində kənd evlərinin - QİYMƏTLƏRİ

Yazın gəlişi, havaların istiləşməsi insanlarda məzuniyyət əhvalı yaradır. Artıq bir çoxları  mühitlərini dəyişmək istəyəcək. Bunu nəzərə alaraq Seyyah.az oxucularına cənub bölgəsində kənd evlərinin qiymətlərini təqdim edir.

Kənd evləri

Lənkəran turizm informasiya mərkəzindən verilən məlumata görə, Cənub bölgəsində kənd evləri İstisu qəsəbəsində, Haftanı kəndində və Lerik yolunun üstündə yerləşən Rivo kəndində verilir.

Haftanı kəndində yerləşən evlər iki mərtəbəlidir. Bu evlərin birinci mərtəbələrin hündürlüyü az olduğundan əsasən ikinci mərtəbələri icarəyə verilir.

Qeyd edək ki, burada otaqlar yox, bütün mərtəbə qonağa verilir. Bu cür evlərdə qonaqlama isə adambaşına 15 manatdır. Bu qiymətə səhər yeməyi də daxildir. Ümumilikdə Haftanıda 10 ev var.

Cənub bölgəsində turistlərə təqdim olunan digər evlər - Rivo kəndindəkilər əsasən iki mərtəbəlidir. Lakin Rivo kəndində yerləşən evlərin otaqları  turistlərə təqdim olunur. Hazırda Rivoda yalnız iki ev qonaqlara xidmət gösətirir. Bu evlərin otaqlarında qonaqlamaq isə adambaşına 15 manatdır. Digər bölgələrdən fərqli olaraq  cənub bölgəsində yerləşən evlər qış mövsümündə də müştərilərinə xidmət göstərir.

Villallar

Digər bölgələrdə olduğu kimi,  cənub  bölgəsində də villalar turistlərin ixtiyarına verilir. Belə evlər də əsasən iki mərtəbəli olurlar. Amma geniş həyatyanı sahəsi və mebellərlə təchiz olunmuş  otaqları var. Villalarda 1 aylıq qonaqlama 500-600 manata başa gəlir. Qeyd edək ki, bu qiymətə olan  villalar Lənkəran şəhərində yerləşir.

Turistlərə təqdim olunan digər villa isə Lerik yolunun üstündə Dəlnəbur kəndində yerləşir. Bu villada günü 60-100 manat ödəməklə qonaqlamaq olar.

Məlumat üçün bildirək ki, villaları minumum 10 gün ərzində icarələmək olar.

 

Mənbə: Turizm.fins

OXŞAR XƏBƏRLƏR