“Excelsior Hotel & Spa Baku”da toy mərasimlərində endirim- 50 manatdan

Damla Bayık: "Gerçək nağıl yalnız “Excelsior Hotel & Spa Baku” otelində mümkündür"
Xəbərlər 1 May 2014 00:00 1588
“Excelsior Hotel & Spa Baku”da toy mərasimlərində endirim- 50 manatdan
"Bahar gəldi. Bununla əlaqədar “Excelsior Hotel & Spa Baku” oteli toy mərasimlərinin yeni fəslinə başlayıb". Otelin marketinq və satış departamentinin direktoru Damla Bayık Seyyah.az-a bildirib ki, belə mərasimlər üçün otelin imkanlarından bəhs edib. Otelin rəhbərliyi marketinq fəaliyyəti çərçivəsində  şəhər sakinlərinin istəklərini nəzərə alıb və toy mərasimlərinin təşkilində yeniliklər edib. Ənənəyə sadiq qalaraq “Excelsior Hotel & Spa Baku” mərkəzinə müraciət etmək istəyənlər 250 nəfərlik Afurca zalında və yaxud 400-450 nəfərlik hovuz kənarında  açıq havada  toy mərasimlərini  təşkil edə bilərlər. Afurca zalı Avropa standartlarına uyğun bütün lazımi şəraitlə təmin edilmişdir. Burada  yüksək səviyyəli peşəkar aşpazlar xidmət göstərir. Hər iki məkanda toy keçirmək, digər sözlə şənliyə açıq havada hovuz kənarında davam etmək imkanı ilə otel bir çox şadlıq saraylarını geridə qoyur. Misilsiz toy mərasimi, gerçək nağıl yalnız “Excelsior Hotel & Spa Baku” otelində mümkündür". 
 
Qonaqlar toy mərasimini proyektor vasitəsi ilə böyük ekrandan izləyə bilir. Damla xanım qeyd etdi ki, toy mərasimin təşkilini bu işlə məşğul olan şirkətlərə də həvalə etmək olar. Otelin belə şirkətlərlə xüsusi razılaşması var. Qiymətlər demək olar ki, paytaxtımızın orta səviyyədə yaşayan sakinlərin imkanlarına uyğundur. Ənənəvi milli mətbəx bir nəfərə 50, Avropa mətbəxi isə 80 manatdan başlayır. Toy menyusu sifariş edənlərə otel  mərtəbəli tort  hədiyyə edir. Mərasim qonaqları ödənişsiz parkinq ilə təmin edilir. Uzaq yoldan gəlmiş qonaqlara qrup şəklində oteldə endirimlə gecələmək imkanı verilir. Mərasimdən sonra yeni evlilərə oteldə səhər yeməyi və şampan şərabı ilə bir gecəlik nömrə ayrılır. Əlavə olaraq, yeni evlilər və onların valideynləri toydan əvvəl və sonra Aura Spa mərkəzinə gələr bilər.
OXŞAR XƏBƏRLƏR