Bolqarıstanda istirahət – QİYMƏTLƏRİ

Xəbərlər 18 Aprel 2017 00:00 1000
Bolqarıstanda istirahət – QİYMƏTLƏRİ

Avropada turistlərin marağına səbəb olan ölkələrdən biri də Bolqarıstandır. Azərbaycanlı turistlərin də bu ölkəyə marağı artıb. Buna görə Seyyah.az oxucularına Bolqarıstanda istirahət qiymətlərini təqdim edir.

Turizm şirkətlərindən birinin meneceri Ülfanə Mahmudova azərbaycanlı turistlərin daha çox Bolqarıstanda üz tutduğu yerlərin Solnıçnıy bereq, Varna və Burqas olduğunu bildirdi.

Məlumat üçün bildirək ki, Bolqarıstan Şengen ölkələri qrupuna daxil deyil. Bunun üçün bu ölkənin vizasını almaq üçün digər Avropa ölkələrində olduğu kimi viza rüsumuna 35 avro deyil 60 avro ödəmək lazım olacaq. Bolqarıstana viza 1 həftə ərzində verilir.

Bakıdan İstanbula uçub ordan da Bolqarıstana getmək mümkündür. “AZALJet”  Bolqarıstana uçuş biletləri tarixlərdən asılı olaraq 190-300 manat arasında dəyişir. Bundan başqa İstanbula uçub oradan Bolqarıstana avtobusla getmək olar. Bu zaman avtobus bileti üçün 20-30 avro ödəmək lazım olacaq. Digər bir variant isə Bakı-Budapeşt-Varna avaireysi ilə uçmaq olar.

 

Bolqarıstan hotellərinə gəlincə isə 50 dollar ödəməklə səhər yeməyi daxil mehmanxanada qonaqlamaq olar.

Mənbə: Turizm.fins

OXŞAR XƏBƏRLƏR