Hotellərin qonaqları artıb – STATİSTİKA

Xəbərlər 19 Aprel 2017 00:00 401
Hotellərin qonaqları artıb – STATİSTİKA

2016-cı ildə mehmanxana və mehmanxana tipli müəssisələrin gəlirləri 234,4 mln manat olub. Bu, ötən ilkindən 28% çoxdur.

Gəlirlərin 139,8 milyon manatı (59,6 faiz) xarici vətəndaşlara göstərilmiş xidmətlər nəticəsində formalaşıb.

Gəlirlərin 60,7 faizi nömrələrin təqdim olunması üzrə xidmətlərdən, 24,6 faizi içkilər də daxil olmaqla qida məhsullarının satışı üzrə xidmətlərdən əldə edilib.

Ötən il mehmanxanalar 198,9 milyon manat xərcləyib. Bunun 30,4 faizini əmək haqqı xərcləri, 17,0 faizini içkilərin və yeməklərin hazırlanması üçün alınan mallara çəkilən xərclər və s təşkil edib.

2015-ci illə müqayisədə mehmanxana xidmətlərindən istifadə edən xarici vətəndaşların sayı 33,3 faiz artaraq 660,9 min olub. Ümumən yerli mehmanxanaların xidmətindən 962,9 min müştəri (+14,9%) istifadə edib.

2016-cı ildə mehmanxanalarda gecələmələrin sayı 1 milyon 832,6 min adam-gecə olub. Bu, əvvəlki illə müqayisədə 11,5 faiz çoxdur. Gecələmələrin 67,1 faizi Bakıda, 6,0 faizi Xaçmazda, 3,8 faizi Qusarda, 3,1 faizi Naftalanda, 2,0 faizi Qubada, 1,5 faizi Kürdəmirdə, 1,2 faizi Gəncədə, 1,0 faizi Şamaxıda, hər birində 0,9 faiz olmaqla Tovuz, Mingəçevir və Lənkəranda, hər birində 0,7 faiz olmaqla Qax və Masallıda, 10,2faizi isə digər rayonlardakı (şəhərlərdəki) mehmanxanalarda qeydə alınıb.

Bu statistika bir sıra regionlarda mehmanxanaların vergidən yayındığını bir daha sübut edir.

 

Yerləşdirilmiş şəxslərin 57,5 faizi, gəlirlərin 66,4 faizi 5 ulduzlu mehmanxanaların payına düşüb.

Mənbə: Marja

OXŞAR XƏBƏRLƏR