Bakı Şopinq Festivalının “Fashion Pavilion”-nu fəaliyyətə başlayıb. Barkers-də yerləşən “Fashion Pavilion”-a gəlməklə 16-sı milli, ümumi olaraq 23 müəllifin brend geyim, aksesuar və mebel əşyaları arasında seçim etmək mümkündür.
Seyyah.az xəbər verir ki, pavilion festival müddətində, həftənin 7 günü səhər saat 10-dan 21-dək işləyəcək. Bütün nümayiş olunan mallar əl işidir. Milli ruhda məhsullardan hazırlanan mallar, müştərinin istəyinə uyğun olaraq, hədiyyə qablaşdırmasında təqdim edilir.
Məşhur modelyerlərin – Zümrüd Mirzəliyeva, Hökümə Hacıyeva (Hokuma by Hokuma Hajiyeva), Lalə Ağayeva (“Laco” by Lala Agayeva), “Türban Moda”, “Bechique”, “El Carre”, “Mütəkkəh”, Milena Nəbiyeva, Renara, Amapola, Baharı, Nadit, S.E.V. Handmade, “Gazelli”, “Janar” brendləri arasında seçim edib istədiyiniz müəllifdən brend geyim, aksesuar və mebel əldə etmək mümkündür.
Bundan başqa brend markaları öz ölçüsünə uyğun sifariş etmək istəyənlər üçün hər gün yerli dizaynerlərlə görüş keçiriləcək və hətta müştərinin istəyinə uyğun dizaynerdən öz ölçüsünə uyğun fərdi tikiş də sifariş etmək mümkündür.
Mənbə: fins.az