Əsasən qışda səfər etməyə alışdığımız Şahdağ bu dəfə uşaqlar üçün yeni lahiyə təqdim edir. Belə ki, Şahdağ istirahət mərkəzində iyunun 18-dən sentyabrın 10-na kimi 11-14 yaş uşaqlar üçün düşərgə təşkil olunacaq.
Şahdağ istirahət mərkəzindən Seyyah.az –a verilən məlumata görə, regionda ilk dəfə fəaliyyət göstərəcək düşərgədə əcnəbi mütəxəssislər uşaqlarla əyləncəli məşğələlər keçəcəklər.
Məlumat üçün bildirək ki, uşaqlar 24 saat düşərgədə “Zirvə hotel”də qalacaqlar. Düşərgədə istirahətə qoşulan uşaqların hər biri sığortalanacaq. Bundan başqa şagirdlərin təhlükəsizliyi də təmin olunacaq. Uşaqlar burada olduqları zaman müxtəlif oyunlarda iştirak edəcək və gün ərzində 4 dəfə qidalana biləcəklər.
Düşərgədə bir uşağın bir həftəlik qalması 790 manatdır. Əgər bir ailədə bir neçə uşaq olarsa o zaman qiymətlərdə 10 faiz güzəşt olunacaq. Bundan başqa ikinci həftə qalacaq hər uşağa görə də 10 faizlik güzəşt tətbiq olunacaq.
Mənbə: Turizm.fins