AZAL Türkiyəyə mövsümi aviareyslər açır- aviabiletlər 575 manatdır

Xəbərlər 2 May 2014 00:00 1449
AZAL Türkiyəyə mövsümi aviareyslər açır- aviabiletlər 575 manatdır

"Azərbaycan Hava Yolları" (AZAL) may-iyun aylarında Türkiyənin Antalya, Bodrum və İzmir kurort şəhərlərinə birbaşa mövsümi aviareysləri açmağa başlayıb. Bu barədə AZAL-dan bildirilib.

Aviaşirkətdən deyiblər ki, Bakı-Antalya-Bakı marşrutu üzrə aviareyslər mayın 18-dən sentyabrın 30-na kimi çərşənbə axşamı, cümə, şənbə və bazar günləri həyata keçiriləcək. Çərşənbə axşamı, şənbə və bazar günləri təyyarə Bakıdan yerli vaxtla saat 11:10-da, cümə günləri isə saat 16:10-da uçacaq.

Bakı-Bodrum-Bakı marşrutu üzrə aviareyslər iyunun 12-dən sentyabrın 13-dək hər gün saat 10:00-da həyata keçiriləcək.

Bakı-İzmir-Bakı marşrutu üzrə aviareyslər iyunun 13-dən sentyabrın 16-dək çərşənbə axşamı və cümə günü həyata keçiriləcək. Çərşənbə axşamı təyyarə Bakıdan yerli vaxtla saat 08:00-da, cümə günləri isə saat 11:30-da havaya qalxacaq.

Göstərilən bütün istiqamətlərdə aviabiletlərin dəyəri 575 manat təşkil edir.

Trend

OXŞAR XƏBƏRLƏR