Artıq yaz fəslidir bu isə o deməkdir ki, istirahət etmək üçün bölgələrə üz tutmaq olar. Mülayim hava, gözəl təbiət, fərqli mühit insanı hər gün alışdığı məkanlardan ayırır. Gərgin iş həftəsinin yorğunluğundan xilas olmağa kömək edir. Odur ki, Seyyah.az ənənəsinə sadiq qalaraq həftəsonu turlarını təqdim edirik.
“Şəki-Qəbələ Tufandağ”
“Turda.Az” şirkəti bazar günü bir neçə istiqamətdə tur təşkil edir. Bunlar Şəki-Qəbələ, Quba və Lahıc turudur. Qeyd edək ki, hər üç turun adambaşına qiyməti 23 manatdır. Qiymətə nəqliyyat, restoranda səhər yeməyi, çay süfrəsi, bələdçi, ekskursiya və fotosessiya daxildir.
Həmçinin şirkət iki günlük turlar da təşkil edir. Onlardan biri də Şəki-Qəbələ Tufandağ turudur. Tur iki gün - 22-23 apreldə baş tutacaq. Səyahət paketinin qiymətləri iki cürdür. Ekonom və Full paket. Ekonom paket 69 manatdır. Bu paketi sifariş edənlər yalnız iki dəfə səhər yeməyi ilə təmin ediləcəklər. Full paketin qiyməti isə 89 manatdır və bu paket sifarişçiləri 2 dəfə səhər 1 dəfə nahar və 1 dəfə şam yeməyi ilə təmin ediləcəklər. Ümumilikdə tura nəqliyyat 5 ulduzlu “Şəki Palace” hoteldə yerləşmə, mehmanxana xidmətlərindən istifadə, qidalanma (paketə uyğun olaraq), yolda çay süfrəsi, bütün tur boyu fotosessiya və bələdçi daxildir.
Quba-Qusar-Laza turu
2Tatun travel” aprelin 23-də şimal bölgəsinə tur təşkil edir. Tura nəqliyyat, səhər yeməyi, çay süfrəsi ,bələdçi, fotosessiya daxildir. Turun qiyməti 23 manatdır.
“Masallı-Yardımlı” turu
Cənub bölgəsinə turu “İnTravel.az” şirkəti təşkil edir. Tur yalnız aprelin 23 deyil həmçinin 22-29-30 da var. Cənub bölgəsinə səyahət adambaşına 25 manatdır. Tura nəqliyyat, səhər yeməyi, çay süfrəsi, bələdçi, fotosessiya daxildir.
Bundan başqa, adıçəkilən turizm şirkəti 1 günlük səyahətlə kifayətlənməyənlər üçün aprelin 22-23 və 29-30 da Gəncə-Göygöl-Mingəçevirə iki günlük tur təşkil edir. Tura ekonom paketlərin qiyməti 69 manat, full paketlərin qiyməti isə 99 manatdır. Qeyd edək ki, tura nəqliyyat, səhər yeməyi, çay süfrəsi, fotoçəkiliş, tur rəhbər daxildir.
Tiflis –Mcxeta-Rustavi
Həftəsonu cəmi iki gündür deyib xarici ölkərə gedə bilməyənlər heyfslənməsinlər. Belə ki, bu həftəsonu Gürcüstanada tur təşkil olunacaq.
“AFN travel” həftənin son günlərini Gürcüstanın 3 şəhərinə tur təşkil edəcək. Tura cümə günü axşam 28 Mall-ın qarşısında toplaşmaqla başlanılacaq. Belə ki, səyahət zamanı Gürcüstanın indiki paytaxtı ilə yanaşı qədimi paytaxtına və azərbaycanlılarlın əvvəllər daha çox maşın almaq üçün getdiyi Rustavi şəhərinə olacaq. Tura qatılanlar Rustavi şəhərində şopinq də edə biləcəklər. Turun qiyməti 49 manatdır. Tura nəqliyyat, səhər yeməyi, fotoçəkiliş və adıçəkilən şəhərlərdə gəzinti daxildir.
Atçılıq turu
Binədə yerləşən atçılıq mərkəzinə tura aprelın 23-də saat 10:00-da Gənclik metrosunun qarşısında toplaşmaqla başlanılır. Tura nəqliyyat, fotoçəkiliş, bələdçi, atçılıq ərazisində ekskursiya və at ilə gəzinti daxildir. Qiymətlərə gəlincə, böyüklər üçün turda iştirak 19 manat, uşaqlar üçün isə 14 manatdır. Qeyd edək ki, Atçılıq mərkəzinə digər turu “Pandora travel” təşkil edir
Həftəsonunu bölgələrə getmək istəməyənlər paytaxtın mərkəzi küçələrində gəzərək şopinq festivala qoşulmuş dükanlardan alış-veriş edə bilərlər. Bundan başqa Qoşa qala qapısı qarşısında şopinq festivala aid keçirilən tədbirlər də iştirak etmək olar.
Mənbə: Turizm.fins