ABŞ-viza verilmə müddəti uzadıla bilər. Belə ki, əvvəllər ABŞ-A turist vizası 6 həftə ərzində verilirdisə, indi bu müddət bir qədər də uzana bilər. Seyyah.az xəbər verir ki, bu barədə ABŞ-ın Rusiyadakı səfirliyinin sosial şəbəkəsində məlumat yayılıb.
Yay mövsümündə bu ölkəyə gedən insanların say çoxluğunu nəzərə alaraq viza verilmə müddəti uzadıla bilər. Belə ki, Donald Trampın “Visa Interview Waiver Program”nı dayandırılması haqqında imzaladığı sənəddən sonra ABŞ-a 2-ci dəfə gedən turistlər də intervyu mərhələsindən keçməli olacaqlar. Halbuki, əvvəllər yalnız birinci dəfə ABŞ-a gedənlər bu mərhələni keçməli idilər.
Qeyd edək ki, ABŞ-ın ölkəmizdəki səfirliyinə məsələ ilə bağlı Turizm.fins.az olaraq sorğu göndərilib. Lakin məsələ ilə bağlı heç bir açıqlama verilməyib.
Mənbə: Turizm.fins