Bakıda küçə yeməkləri festivalı keçiriləcək - İLK DƏFƏ

Xəbərlər 20 Aprel 2017 00:00 2125
Bakıda küçə yeməkləri festivalı keçiriləcək - İLK DƏFƏ

Baku Street Food Festivalı may ayının 19-da start götürəcək və 3 gün davam edəcək.

Bakının mərkəzində - İçəri Şəhərdə keçiriləcək bu festival açıq havada baş tutacaq. Layihənin əsas məqsədi - Azərbaycan mətbəxini təbliğ etməkdir. Tədbirin təşkilatçıları kimi "İçərişəhər" DTMQ idarəsi, kulinariya sahəsində ilk onlayn portal Meal For Real və "404 Found" kreativ agentliyi çıxış edirlər.

Strit fud formatında hazırlanan unikal reseptləri ilə 20-dən çox yerli kafe ve restoranlar festivalda iştirak edir. Həmçinin, gənclər arasında Azərbaycan yeməklərinin aktuallığı getdikcə azaldığı üçün, hazırlanan yeməklər "on the go" formatında təqdim olunacaq. Bundan əlavə, festivalın qonaqları müxtəlif müsabiqə və viktorinalarda iştirak etməyi imkanı da qazanacaqlar.

Qeyd edək ki, tədbirə giriş pulsuzdur. 

OXŞAR XƏBƏRLƏR