"Winter Park Hotel" işçi axtarır - VAKANSİYA

Xəbərlər 20 Aprel 2017 00:00 805
"Winter Park Hotel" işçi axtarır - VAKANSİYA

Vəzifə: Vergilər üzrə Mühasib

• Qanunvericiliyə uyğun olaraq müvafiq məlumat və hesabatların tənzimləyici və dövlət orqanlarına təqdim olunması (Maliyyə Bazarlarına Nəzarət Palatası,  Vergilər Nazirliyi və s) 

• Vergi uçot işinin təşkili və optimallaşdırılması

• Maliyyə və vergi üzrə uçotun müqayisəli şəkildə açıqlanması

• Vergilər üzrə şəxsi hesab vərəqəsinə vergi orqanı tərəfindən işlənilmiş məlumatların (vəsait) hotel tərəfindən ödənilən vəsaitlərlə uyğunluğunun yoxlanılması, mümkün uyğunsuzluğun aradan qaldırılması

• Hotel tərəfindən vergilərin qanunvericiliyə uyğun olaraq hesablanaraq vaxtında ödənilməsinə nəzarət olunması

• Əsas vəsaitlərin və qeyri-maddi aktivlərin vergi uçotu üzrə reyestrindəki məlumatların  (köhnəlmə, təqdim olunma və ya silinmə, təmir norması və s.) vergi məcəlləsində bu uçota aid maddələrin tələbinə uyğun yoxlanılması və düzgünlüyünün təmin edilməsi

• Digər fondlara (DSMF) əmək haqqı üzrə tutulmaların yoxlanılması və düzgünlüyünü təmin edilməsi

• İlin yekunu üzrə  hazırlanmış Maliyyə hesabatlarının yoxlanılması və lazımı düzəlişlərin edilməsi və s.

 

Tələblər

• Ali təhsil (maliyyə/iqtisadiyyat və ya BBA/MBA)

• Hotel sahəsində mühasib vəzifəsində 3 il iş təcrübəsi

• MS Office proqramları ilə işləmə bacarığı

• Yüksək təhlil qabiliyyəti

• Təzyiq altında işləmə bacarığı

• Vergi və Əmək qanunvericiliyi haqqında biliklər

• Netsis, BTP, B1, B3, MS Office(word, excel) proqram təminatları ilə işləmə bacarığı;

Otel sektorunda iş təcrübəsi mütləqdir.

Maraqlanan namizədlərdən öz cv’lərini hr@winterparkhotel.net ünvanına göndərməkləri xahiş olunur.

“Subject” hissədə müvafiq vakansiyanın adını yazmayan namizədlərin müraciətlərinə baxılmayacaq.

 

 

 

OXŞAR XƏBƏRLƏR