"Pobeda" Türkiyəyə uçuşlara başlayır

Xəbərlər 21 Aprel 2017 00:00 400
"Pobeda" Türkiyəyə uçuşlara başlayır

Rusiyanın aşağıbüdcəli "Pobeda" aviadaşıyıcısı cümə günü Türkiyənin Alanya şəhərinə uçuşlara başlayır.

Seyyah.az xəbər verir ki, bu, loukosterin Türkiyəyə ilk uçuşu olacaq.

Reyslər Vnukovo hava limanından "Boeing 737-800 New Generation" təyyarələri vasitəsi ilə həyata keçiriləcək.

"Pobeda" bundan əvvəl İstanbula uçuşlar planlaşdırsa da, Rusiyanın aviasiya rəhbərliyi buna müvafiq razılıq verməyib.

"Pobeda" Rusiyanın ilk loukosteridir. Hazırda 10-u beynəlxalq olmaqla 50-dən çox istiqamət üzrə uçuşlar həyata keçirir. Onların sırasında Azərbaycan da var.

Aviaşirkətin parkında 12 ədəd "Boeing 737-800" təyyarəsi mövcuddur.

 

Mənbə: Report

OXŞAR XƏBƏRLƏR