Daha bir Türkiyə aviaşirkəti Ermənistana uçaçaq

Xəbərlər 21 Aprel 2017 00:00 499
Daha bir Türkiyə aviaşirkəti Ermənistana uçaçaq

Türkiyənin “Pegasus” aviaşirkəti  İstnabuldan İrəvana uçuşlar həyata keçirəcək. Seyyah.az xəbər verir ki, məşhur loukoster İrəvana uçuşlara bu ilin iyun ayından başlayacaq.  Aviareyslər həftənin 1-ci 2-ci və 5-ci günləri həyata keçiriləcək.

Qeyd edək ki, “Pegasus” Türkiyədən Ermənistana uçuşlar edən ilk aviaşirkət deyil. Hazırda digər bir Türkiyə aviaşirkəti “Atlasjet” həftədə 4 dəfə Ermənistana uçuşlar həyata keçirir.

Məlumat üçün bildirək ki, “Pegasus” ötən il həfətədə 3 dəfə İstanbul-Qəbələ-İstanbul reyslərini həyata keçirirdi. Lakin elə ötən ilin oktyabr ayından etibarən aviareys dayandırıldı. O vaxt “Pegasus”dan bildirmişdilər ki, uçuşlar 2017-ci ilin mart ayında yenidən bərpa olunacaq. Ancaq hələ də bərpa edilməyib.

Mənbə: Turizm.fins

OXŞAR XƏBƏRLƏR