Yeni açılacaq çimərliklərin sayı məlum oldu – SİYAHI

Xəbərlər 21 Aprel 2017 00:00 569
Yeni açılacaq çimərliklərin sayı məlum oldu – SİYAHI

Çimərlik mövsümü açılana qədər Azərbaycanda 21 çimərliyin yaradaılması planlaşdırılıb. Seyyah.az xəbər verir ki, bu barədə mədəniyyət və turizm naziri  Əbülfəs Qarayev məlumat verib.

Bildirib ki, onlardan Bakıda 6 özəl, 6 ictimai, Xaçmazda 2 özəl, 2 ictimai, Lənkəranda 2 özəl, 1 ictimai, Astarada 1 özəl, 1 ictimai çimərlik olacaq. Eyni zamanda nazir vahid çimərlik mövsümünün müəyyən olunmasının zəruriliyini də vurğulayıb.

 

Əş Qarayev Azərbaycanda çimərlik standartının hazırlandığını da bildirib. Onun sözlərinə görə, çimərlik turizmi ilə bağlı müvafiq standart hazırlanaraq təsdiq üçün Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə təqdim olunub.

Mənbə: Turizm.fins

OXŞAR XƏBƏRLƏR