Ən bahalı hotellər məlum oldu – SİYAHI

Xəbərlər 21 Aprel 2017 00:00 739
Ən bahalı hotellər məlum oldu – SİYAHI

Rusiya Turoperatorlar Assosasiyasının ekspertləri ən bahalı mehmanxanaların siyahısını tərtib ediblər. Seyyah.az xəbər verir ki, ən bahalı hotel adını Fransanın Kann şəhərində yerləşən “Grand Hyatt Martinez“ hoteli qazanıb.

Mehmanxanada  ən lüks nömrədə gecələmə 45 min dollardır. Nömrənin sahəsi 300 kv metrdir. Bu nömrə Avropada ən böyük penthouse  hesab olunur.

Ən bahalı mehmanxanalar siyahısında ikinci pillədə “Grand Resort Lagonissi” hoteli qərarlaşıb. Mehmanxana Yunanıstanın  Attike Laqonissi adasında yerləşir. Bu mehmanxanada ən bahalı nömrə 35 min dollardır.

Ən bahalı hotellərin üçlüyünü Nyu Yorkda yerləşən “Four Seasons” hoteli tamamlayır. Bu mehmanxananın penthouse nömrəsində bir gün qonaqlama 34 min dollardır. Bu qiymətə qonaq 9 otaqlı apartment və 4 eyvanlı nömrə əldə edə bilər.

Mənbə: Turizm.fins

OXŞAR XƏBƏRLƏR