Hansı ölkədə 1 dollara nə almaq olar? – SİYAHI

Xəbərlər 21 Aprel 2017 00:00 1029
Hansı ölkədə 1 dollara nə almaq olar? – SİYAHI

Çoxları 1 dollara saqqızdan başqa nəsə almağın mümkünsüzlüyünə inanır. Lakin bəzi ölkələrdə bu məbləğə daha iri və ciddi şeylər əldə etmək olar.

İtaliya

 

Bir dollardan bir az artıq , yəni 1 avro ödəyərək siz Liquriya, Pyemont, Abruzzo kimi regionlarında ev (!) ala bilərsiniz. Hakimiyyət az məskunlaşmış şəhər və kəndlərdə vəziyyətin yaxşılışdırılması üçün daşınmaz əmlakı özünə ziyanla satır. Sözsüz ki, bu məbləğə ev təmirsiz halda satılır. Amma bu tam yararlı evdir.

Fransa

 

Fransanın paytaxtı Parisdə 1 dollara bir şüşə içməli su almaq olar. Lakin hansısa kafe deyil, marketdə.

Macarıstan

 

Budapeştin ucuz pablarında bu məbləğə “palinka” adlı yerli spirt içkinin porsiyasını ala bilərssiz. Ənənəvi macar alkoqolunu dadmağa risk edirsinizsə, həmin həcmdə tekila ya da cin sifariş edə bilərsiniz.

Vyetnam

 

Bu ölkədə bir dollara siz xatirə üçün samandan hazırlanan papaq, kobra zəhəri ilə müalicəvi məlhəm ala bilərsiniz. Ya da karaokedə yarım saat oxumaq və yaxud boulinq (saat 10:00-dan 14:00-dək) oynaya bilərsiniz.

Belçika

 

Brusselin mərkəzi hissəsindən uzaq olan yerlərdə 1 dollara Belçika vaflisinin yarım porsiyasını ala bilərsiniz. Mərkəzdə isə bu məbləğə yalnız saqqız düşür.

Kamboca

 

Bu ölkədə 1 dollara təmizlənmiş  iki manqo almaq olar. Bu məbləği həm də buzlu və qatılaşdırılmış südlü meyvə assortisinə, ya da 2 ədəd qızardılmış banana vermək olar.

Yaponiya

 

Tokio supermarketlərində siz 1 dollara qatqısız ani hazırlanan əriştə ala bilərsiniz. Adi əriştə.

Venesuela

 

Karakas ya da ölkənin digər şəhərlərində cibinizdəki 1 dollarla maşınınız benzin çənini tamamilə benzinlə doldura bilərsiniz. Əyər siz avtomobilsizsinizsə, bu məbləğə ictimai nəqliyyata 4 bilet almaq olar.

Çexiya

 

Praqanın “Tesco” tipli hər hansı bir mağazasında 1 dollara yerli istehsal olan 4 şüşə yüngül pivə almaq olar. Bu qədər miqdara hakim gələ bilmirsinizsə, 2 şüşə və çips ala bilərsiz.

Hindistan

 

 

Məşhur Qoa kurortunda küçə satıcılarında txali adlı ənənəvi hindistan yeməyi satılır. Bu xörək düyü, qatıq, tərəvəz, müxtəlif souslar və ədviyyatlardan hazırlanır. Daha yüksək yeməkxanalarda bu qiymətə digər ənənəvi yemək sifariş etmək olar – noxudlu tərəvəz püresi – və içəcək – südlü masalla çayı.

Mənbə: Turizm.fins

OXŞAR XƏBƏRLƏR